ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, İran və İraq mart ayı neft qiymətlərində endirim edərək Səudiyyə Ərəbistanına qoşulub və bu vəziyyət OPEC-in ən böyük bazarında pay üçün mübarizənin daha da böyüdüyü siqnalını verir.
blomberght.com-un xəbərinə görə, OilMarketinq Co-nun son açıqlamasına görə, İraqın "Basra Hafif" nefti Orta Şərq göstəricilərinə görə 1 barel 4.10 dollardan aşağı qiymətə satılacaq. Sonuncu dəfə belə bir qiymət 2003-cü ilin avqust ayında qeydə alınıb.
National İranian OilCo-nin rəsmisi isə mart ayı üçün neftin rəsmi satış qiymətinin 1 barel üçün 2.10 dollara düşürməyi proqnozlaşdırır. Bu rəqəm isə sonuncu dəfə 2000-ci ilin mart ayında qeydə alınıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !