İran və İsrail qeyri-rəsmi dialoq aparır – KİV

20:30 | 12.04.2024
İran və İsrail qeyri-rəsmi dialoq aparır – KİV

İran və İsrail qeyri-rəsmi dialoq aparır – KİV

İran və İsrail tərəflərin gərgin münasibətləri müharibəyə çevirmək istəmədiklərini təsdiq etmək üçün qarşılıqlı məlumat mübadiləsi yolu ilə qeyri-rəsmi dialoq aparır.

Bu barədə İsrail mənbələrinə istinadən "Asharq al-Awsat” qəzeti məlumat yayıb.

Eyni zamanda, qəzet mənbələri qeyd ediblər ki, Vaşinqton da tərəflər arasında müharibə təhlükəsinin qarşısını almaq və bu məqsədlə hər iki ölkə arasında konkret sərhədlər müəyyən etmək üçün bir növ qarşılıqlı anlaşma formulunu tapmağa çalşır.

Aprelin 1-də İslam İnqilabı Keşikçiləri Korpusunun İctimaiyyətlə Əlaqələr İdarəsi (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) İsrail Hərbi Hava Qüvvələrinin İranın Suriyanın paytaxtındakı səfirliyinin konsulluq bölməsinə endirdiyi zərbə nəticəsində yeddi iranlı hərbi məsləhətçinin həlak olduğunu elan edib. Hücumun qurbanları iki SEPAH generalı və beş zabit olub. İsrail hadisəyə görə heç bir rəsmi məsuliyyəti öz üzərinə götürməyib. Eyni zamanda, İsrail ordusunun rəsmi nümayəndəsi Daniel Haqari CNN-ə bildirib ki, Dəməşqdə konsulluq deyil, SEPAH-ın hərbi obyekti hücuma məruz qalıb.

Digər tərəfdən, "Bloomberg”in məlumatına görə, ABŞ və müttəfiqləri hesab edirlər ki, Tehranın İsraildəki hərbi və hökumət obyektlərinə cavab hücumu qaçılmazdır və yaxın günlərdə dəqiq idarə olunan raketlərin istifadəsi ilə baş verə bilər
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM