Venesula Prezidenti Nikolas Maduro və İran Prezidenti Həsən Ruhani neftin qiymətinin saxlanılması üzrə mümkün strategiyanın perspektvlərini müzakirə ediblər. Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, iki dövlət başısı arasında görüş Tehranda Saadabadda keçirilib.
Maduro və Ruhani OPEK çərçivəsində 2015-ci ildə neftin dünya qiymətlərinin saxlanılması üzrə birgə strategiyanın yaradılması ilə bağlı razılığa gəlib.
Qeyd edək ki, 2014-cü ilin iyunundan etibarən neftin bir barrelinin qiyməti 50 dollara qədər düşüb.
Öncə İranın neft naziri Namdar Zanqane bildirib ki, artıq yaxın aylarda neftin qiyməti bir barrelə görə 60-90 dollar arasında tərəddüd edəcək.
Bizi sosial şəbəkələrdə izləyin !