İran xaricdən sifariş alan bir qrup terrorçunu həbs edib - KİV

22:08 | 18.11.2022
İran xaricdən sifariş alan bir qrup terrorçunu həbs edib - KİV

İran xaricdən sifariş alan bir qrup terrorçunu həbs edib - KİV

İranın təhlükəsizlik qüvvələri xaricdən təlimat alan və ölkənin müxtəlif şəhərlərində hücumlar təşkil etməyi planlaşdıran bir qrup terrorçunu həbs edib. Bu barədə TASS agentliyi İranın Tasnim agentliyinə istinadən xəbər verir.


Onun sözlərinə görə, hadisəni törədən şəxslər Qərbi Azərbaycan vilayətində həbs ediliblər. Terrorçular iğtişaşlar zamanı İslam Respublikasının vətəndaşlarına və hüquq-mühafizə orqanlarının nümayəndələrinə hücumlar həyata keçirmək üçün ölkəyə silah və sursat keçirmək niyyətində olublar. Yaraqlıların göstərişləri xaricdən, o cümlədən Qərb ölkələrində yaşayan anti-İran ünsürlərindən aldığı iddia edilir. Ancaq bunların hansı ölkələr olduğunu agentlik göstərmir.


Oktyabrın 26-da İranın Fars əyalətindəki məqbərədə terror aktı törədilib, nəticədə 15 nəfər ölüb, 27 nəfər yaralanıb. Hücumla bağlı İranın daxili işlər naziri Əhməd Vahidi ölkədəki iğtişaşların "təhlükəli istiqamətə doğru getdiyini” deyib və əlavə edib ki, onlar "terrorçu hərəkatlar tərəfindən istifadə olunur”. Bundan başqa, İranın bir sıra bölgələrində odlu silahdan istifadə ilə silsilə hücumlar baş verib. Çərşənbə günü Xuzistan əyalətindəki bazarda 7 nəfər belə hücumun qurbanı olub.
 
Gülnar
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM