"Biz problemlərin həllinə kömək etmək bəhanəsi ilə bölgədə əcnəbilərin olması ilə razılaşmırıq və inanırıq ki, onların mövcudluğu nəinki problemlərin öhdəsindən gəlməyə kömək etməyəcək, əksinə, daha böyük problemə çevriləcək", - İran mətbuatı prezidentin mətbuat xidmətinə istinadan yazıb.
İran prezidenti həmçinin Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını dəstəklədiyini və Qafqaz regionunun strateji təhlükəsizliyini təmin etməyə hazır olduğunu bildirib.
Bundan əvvəl Ermənistanın xarici işlər naziri təklif edib ki, Bakı ilə İrəvan arasında sülh sazişi "3+3" formatında Türkiyə və İranın iştirakı ilə imzalana bilər.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !