İran xarici qüvvələrin Qafqazda olmasına qarşı çıxıb

21:15 | 15.02.2024
İran xarici qüvvələrin Qafqazda olmasına qarşı çıxıb

İran xarici qüvvələrin Qafqazda olmasına qarşı çıxıb

İran prezidenti İbrahim Rəisi Ermənistan baş nazirinin müavini Mher Qriqoryanla görüşündə regionda Transqafqaz ərazisinə daxil olmayan dövlətlərin qüvvələrinin olmasına qarşı çıxıb.

"Biz problemlərin həllinə kömək etmək bəhanəsi ilə bölgədə əcnəbilərin olması ilə razılaşmırıq və inanırıq ki, onların mövcudluğu nəinki problemlərin öhdəsindən gəlməyə kömək etməyəcək, əksinə, daha böyük problemə çevriləcək", - İran mətbuatı prezidentin mətbuat xidmətinə istinadan yazıb.



İran prezidenti həmçinin Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını dəstəklədiyini və Qafqaz regionunun strateji təhlükəsizliyini təmin etməyə hazır olduğunu bildirib.

Bundan əvvəl Ermənistanın xarici işlər naziri təklif edib ki, Bakı ilə İrəvan arasında sülh sazişi "3+3" formatında Türkiyə və İranın iştirakı ilə imzalana bilər. 
 
Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb