İran xəbəri 27 milyard dolları ərəb birjalarından sildi

13:59 | 18.01.2016
İran xəbəri 27 milyard dolları ərəb birjalarından sildi

İran xəbəri 27 milyard dolları ərəb birjalarından sildi

Birja satışının qısa bir epizodunda neftin qiyməti 27, 67 dollara düşüb, hərçənd satışın sonunda qiymət 28 dollardan azca yuxarı qalxıb.

İranın üzərindən beynəlxalq sanksiyaların qaldırılması barədə xəbərin ardınca Yaxın Şərq boyunca birjalarda 27 milyard dollar həcmində itki qeydə alınıb.

Qərb mediasının məlumatına görə İranın neft bazarına əlavə olaraq günə 500 min barrel neft çıxaracağı barədə xəbərlər Dubay və Səudiyyə birjalarını silkələməklə yanaşı Brent neftinin qiymətini qısa müddətdə 28 dollardan aşağı salıb.

Birja satışının qısa bir epizodunda neftin qiyməti 27, 67 dollara düşüb, hərçənd satışın sonunda qiymət 28 dollardan azca yuxarı qalxıb.

Bundan əvvəl bütün Yaxın Şərq və Körfəz birjalarında səhm qiymətlərinin enişi qeydə alıb. Qətər, Abu Dabi, Küveyt, Oman və Bəhreyn birjalarının hamısında satış itki ilə başa çatıb.

Birjalardan ümumilikdə 27 milyard dollar silinib.

Əksinə, İran birjası indeksində 1 faiz artım olub.

Hazırda London birjası da daxil olmaqla, Avropa birjaları bazar ertəsi satışının necə təsirlənəcəyini narahatlıqla gözləyirlər.

İranın bazara yarım milyon barrel neft çıxaracağı barədə bu ölkənin Neft Nazirliyinin məlumatı artıq ötən cümə günü London birjasında neftin qiymətini bir gündə 3, 3 faiz aşağı salmışdı.

Britaniyanın Standard Chartered bankı Goldman Sachs, RBS və Morgan Stanley-nin ardınca barreli 10 dollara olacaq neftin proqnozunu verib. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM