İran XİN-dən Azərbaycanda həbsdə olan iranlı ilə bağlı AÇIQLAMA

16:51 | 19.11.2013
İran XİN-dən Azərbaycanda həbsdə olan iranlı ilə bağlı AÇIQLAMA

İran XİN-dən Azərbaycanda həbsdə olan iranlı ilə bağlı AÇIQLAMA

 İran Xarici İşlər Nazirliyinin sözçüsü Azərbaycanda həbsdə olan İran vətəndaşı Həsən Fərəcinin son durumundan danışıb.APA-nın İSNA-ya istinadən məlumatına görə, Mərziyə Əfxəm bu gün yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirib ki, İranın Azərbaycandakı səfirliyi İsrailin Azərbaycandakı səfirliyinin qarşısından keçdiyinə görə həbs edilmiş ölkə vətəndaşının işi ilə bağlı ilkin addımlar atmağa başlayıb: “Azərbaycan rəsmilərindən İran vətəndaşının vəziyyətinə aydınlıq gətirilməsi və bu xəbərin doğru olub-olmadığının dəqiqləşdirilməsi xahiş olunub. Eyni zamanda ölkə vətəndaşının konsula çıxışının təmin olunmasını istəmişik. Bizim bununla bağlı Azərbaycan tərəfi ilə faydalı əməkdaşlığımız var. Bundan əlavə, Tehranda İran rəsmiləri ilə Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları arasında görüş də keçirilib və həmin vətəndaşın son vəziyyəti haqqında danışılıb”. İran XİN sözçüsü Həsən Fərəciyə işgəncə verilməsi ilə bağlı bəzi mətbu orqanlarında yayılan informasiyalara da münasibət bildirib: “Təəssüflər olsun ki, ötən gün Azərbaycan həbsxanasında İran vətəndaşına işgəncə verilməsi ilə bağlı xəbər dərc edilib. Biz bu xəbərin dərcindən xeyli kədərlənir və təəssüflənirik. Əgər bu xəbər doğrudursa, onda Azərbaycan rəsmilərinin bir cavab verməsi lazımdır. İranın Azərbaycandakı səfirliyi ilə sonuncu dəfə əlaqə saxlamışıq və onlardan bu cür xəbərlərin yayılmasının doğru olub-olmadığını başqa bir rəsmi nota ilə aydınlaşdırmalarını istəmişik. Mən burda elan edirəm ki, biz həssaslıqla bu məsələnin arxasınca düşmüşük. Eyni halda Azərbaycan rəsmiləri tezliklə cavab vermək üçün hərəkət etməlidir”. Qeyd edək ki, oktyabrın 31-də axşam saatlarında İsrailin Azərbaycandakı səfirliyinin binasında insident olub. İran İslam Respublikasının vətəndaşı, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi ev 23, mənzil 12 ünvanında müvəqqəti qeydiyyatda olan, 1982-ci il təvəllüdlü Həsən Bəhlul oğlu Fərəci saat 19:30 radələrində İzmir küçəsi, 1033-cü məhəllə ünvanında yerləşən İsrailin Azərbaycandakı səfirliyinə gəlib. İran vətəndaşı özünü şübhəli apardığı üçün post-patrul xidməti əməkdaşının diqqətini cəlb edib. Binada xidmət aparan Yasamal rayon Polis İdarəsi Post-patrul bölüyünün əməkdaşı, polis baş serjantı Vüsal Ağamalı oğlu Mirzəyev həmin şəxsi saxlamağa cəhd edib. Lakin İran vətəndaşı polisin qanuni tələbinə məhəl qoymayıb və qarşıdurma yaradıb. Daha sonra H.Fərəci saxlanılaraq polis bölməsinə, oradan isə məhkəməyə aparılıb. Növbətçi hakim H.Fərəcini 30 sutka həbs cəzasına məhkum edib. Hazırda H.Fərəcinin İsrail səfirliyinə gəlməsinin məqsədi və digər maraqlı məqamlar araşdırılır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM