Tehran İranın səfiri Seyid Abbas Musəvinin Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılmasını xoş niyyətli addım kimi qiymətləndirə bilməz.
Bu barədə İranın İrna agentliyi İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kananni istinadan yazıb.
"İran hərbi təyyarəsi respublikanın hava məkanında olub, uçuş Azərbaycan sərhədindən müvafiq məsafədə həyata keçirilib. Belə uçuşlar vaxtaşırı İranın sərhədyanı rayonlarında və ölkə ərazisində monitorinqlər çərçivəsində həyata keçirilir. Onlar əvvəllər də həyata keçirilib”, - deyə Kanaani bildirib.
Martın 11-də Azərbaycanın Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi İrana məxsus hərbi təyyarənin İran-Azərbaycan sərhədində havaya qalxması ilə bağlı insident barədə məlumat yayıb. Departamentlər qeyd ediblər ki, insident "mülki aviasiyanın təhlükəsizliyinə təhdid yaradır və ikitərəfli münasibətlərin daha da gərginləşməsinə xidmət edir”, həmçinin "Azərbaycana qarşı təxribat və qeyri-dost davranışdır”.
İranın Bakıdakı səfiri Musəvi martın 11-də Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və ona müvafiq etiraz notası təqdim edilib.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !