İran yenə Azərbaycanı Ermənistana görə qınadı

13:41 | 05.11.2022
İran yenə Azərbaycanı Ermənistana görə qınadı

İran yenə Azərbaycanı Ermənistana görə qınadı

Azərbaycan İran yük maşınlarından 250 dollar rüsum alır, bunu İranın Ticarətin İnkişafı Təşkilatının Mərkəzi Asiya, Qafqaz və Rusiya regionu üzrə şöbəsinin müdiri Rəhmətullah Xurmalı İLNA-ya müsahibəsində deyib. 

"Son siyasi hadisələrdən sonra İran və Ermənistanın ticarət mübadiləsi apardığı yolun bir hissəsi Azərbaycan ərazisinə əlavə olunub və azərbaycanlılar hər bir İran yük maşınına görə 250 dollara yaxın rüsum alır və bu logistik maneə İranın Ermənistana ixracının azalmasına təsir göstərib”, - Rəhmətullah Xurmalı bildirib.  

Xurmalı həmçinin bidirib ki, 2022-ci ilin sonuna İranla Ermənistan arasında ticarət dövriyyəsi 420 milyon dollar təşkil edəcək. Bunun 400 milyon dolları İranın, 20 milyon dolları isə  Ermənistanın payına düəcək. 

Ermənistan baş naziri Nikol Painyanın Tehrana son səfəri zamanı İran prezidenti iki ölkə arasında ticarət əlaqələrinin 3 milyard dollara çatdırılması hədəf götürdüyü bildirib. 

Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb