İran ordusu ölkədə layihələndirilən və istehsal olunan bir neçə növ raket əleyhinə müdafiə sistemləri və silahlarla təmin olunub.
Aprelin 18-də Milli ordu günü münasibətilə keçirilən paradda İranın hərbi hava qüvvələrinin bazası son nailiyyətlərini nümayiş etdirib.
Bu barədə Oxu.Az Tasnim informasiya agentliyinə istinadla xəbər verir.
Xüsusilə yeni "Fakur”informasiyanın toplanması və emalı sistemi, "Rəsul” rabitə sistemi, həmçinin "Şəxrivar” RLS-i nümayiş etdirilib.
Son on illər ərzində beynəlxalq təzyiqə məruz qalan İran özünün hərbi imkanlarını artırıb.
Tehran dəfələrlə bəyan edib ki, hərbi texnika yalnız müdafiə üçün nəzərdə tutulub və regionda sabitliyə kömək edəcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !