İranın hava hücumundan müdafiə (HHM) sistemi ölkənin hava məkanına heç bir uçuş aparatının daxil olmasına imkan verməyəcək. Bunu İran ordusunun generalı Siyavuş Mihandust bildirib.
Onun sözlərinə görə, nə təyyarə, nə də pilotsuz uçuş aparatı İslam Respublikasının hava məkanına daxil olaraq ölkə ərazisinə zərbə endirə bilməz.
Mihandust həmçinin qeyd edib ki, İranda güclü bir raketdən müdafiə sistemi qurulub və lazım gəldikdə "bu sistem dərhal işə salınacaq”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !