İranın qərbindəki İlam əyalətinin Abdanan vilayətinin Mormori şəhərində 6,2 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend bazar ertəsi IRINN telekanalına istinadən məlumat verir.Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ avqustun 18-də yerli vaxtla saat 07:02-də qeydə alınıb.Zəlzələnin ocağı yerin 10 kilometr dərinliyində olub.İlkin məlumata görə, zəlzələ nəticəsində xəsarət alanların sayı artıq 260 nəfərə çatıb. Məlumata əsasən, zəlzələ bölgəsində olan evlərin 50 faizi zərər çəkib.Bundan əvvəl "Fars" agentliyinin verdiyi məlumata görə, xəsarət alan 80 nəfərdən 59-u artıq evə buraxılıb. Zəlzələ nəticəsində kəndlərə su, elektrik enerjisinin verilişində problem yaranıb.Abdanan vilayətinin valisi Məcid Əsgəri deyib ki, zəlzələ nəticəsində Mormori şəhərinin infrastrukturunun 70-80 faizi zədələnib. Onun sözlərinə görə, güclü zəlzələdən sonra 30 xırda zəlzələ qeydə alınıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !