Azərbaycanın Zəngəzur dəhlizini yaratmaq ideyası köhnə Britaniya-sionist planının bir hissəsidir və onun reallaşması İranın milli maraqlarına həmişəlik mənfi təsir edə bilər. Bunu Tehran Universitetinin professoru, Hüquq və Siyasi Elmlər kafedrasının müəllimi Şiva Əlizadə "Təsnim” xəbər ajansına müsahibəsində bildirib.
"Azərbaycan Respublikasının son iki ildəki davranışları göstərdi ki, Bakının prioriteti Qarabağın azad edilməsi deyil. Bakı və Ankara regionun sərhədlərini dəyişməyə can atırlar və İran Cənubi Qafqazda baş verənlərlə bağlı təcili addım atmalıdır. İndi Laçın Ermənistan və Cənubi Qafqaz regionunun erməni əhalisi və təbii ki, 2020-ci ilin noyabr müharibəsindən sonra sülhməramlıların orada yerləşdiyi Rusiya üçün daha vacib olub. Amma Bakı və Ankaranın "saxta” Zəngəzur adından istifadə etdiyi və iranlı ekspert Əhməd Kazeminin bunu düzgün şəkildə NATO-nun Turan dəhlizi adlandırdığı dəhliz köhnə Britaniya-sionist planının bir hissəsidir və onun reallaşması İranın milli maraqlarına həmişəlik mənfi təsir edə bilər. Bu gün də İngiltərə, sionist rejim və ABŞ geosiyasi əhəmiyyəti azaltmaq, İranı məhdudlaşdırmaq, İran, Rusiya və Çinin mənafeyinə zərbə vurmaq üçün illüziya olan Turan dəhlizinin gerçəkləşməsini istəyirlər. Bakı və Ankara dünyanın türkdilli xalqlarını birləşdirən layihənin əsas marionetləridir və təbii ki, bu yolla ciddi iqtisadi qazanc əldə edirlər”, - o bildirib.
Əlizadə habelə bildirib ki, Turan dəhlizi Sünik (Zəngəzur) vilayətini Ermənistandan ayırmaqla Ermənistanı tarixən nəfəslik rolu oynayan İran yolundan məhrum edir və həmin yolun qorunması vacibdir.
"İranın ali lideri də Ərdoğanla görüşündə həmin yolun qorunub saxlanmasının vacibliyini açıq şəkildə vurğulayıb. Paşinyan hökumətinin Türkiyə və Azərbaycanla bağlı yürütdüyü siyasətlə Ermənistanın iqtisadi əriməsinin növbəti mərhələsinin bu iki ölkədən iqtisadi asılılığı (unutmayın ki, Ermənistanın digər qonşusu Gürcüstan daha çox Bakıdan və Ankaradan iqtisadi asılıdır) nəticəsində Cənubi Qafqazda erməni mədəniyyətinin və kimliyinin əriməsinə və yox olmasına səbəb olacaq. İran İslam Respublikasının Bosniya və Herseqovinanın məzlum və müsəlman xalqının müdafiəsində iştirak təcrübəsini unutmaq olmaz. İndi də İran öz sərhədləri yaxınlığında, müxtəlif maraqlı dövlətlərin taktiki və strateji oyunlarından, baş verən psixoloji və media oyunlarından asılı olmayaraq, regionun və sərhədlərimizin geosiyasətindəki dəyişikliyə qarşı möhkəm dayanacaq və ölkəmizin prinsipial həll siyasətinə arxalanaraq və regional problemlərin həllində üç Qafqaz ölkəsinin və üç periferik qonşunun, yəni İran, Türkiyə və Rusiyanın iştirakı ilə Amerika, sionist rejim və s. kimi xarici aktyorların hər hansı müdaxiləsinə və fitnəsinə qarşı çıxacaq”, - o qeyd edib.
Azərbaycanlı ekspertlər bu iddianı "əsassız" hesab edir.
Tarixçi professor Solmaz Rüstəmova-Tohidi anews.az-a bildirib ki, rəsmi Tehran Ermənistan ilə əlaqələrinə zərər gətirəcəyi və türklərin əlaqələrinin daha da artacağı ehtimallarına görə bu dəhlizin əleyhinədir. Amma tarixçi alim hesab edir ki, İran bu dəhlizə müsbət baxarsa mənfəət əldə edə bilər.
"İran ağıllı davranarsa bu fürsətdən yararlana bilər. Belə ki, güclü, amma tənəzzülə uğramış iqtisadiyyatı var. Sanksiyalara məruz qalmaqda da davam edir. Amma bu dəhliz ilə o iqtisadiyyatını dirçəldə bilər. Beynəlxalq əlaqələr, ticarət yolları İran üçün hazırda vacibdir. O isə niyəsə bu fürsəti görmək istəmir. İranın türk xalqlarına qarşı münasibəti də qəribədir, çünki əhalisi arasında türklər də var. Belə olduğu halda həmin xalqlar ilə daha yaxşı əlaqələr qurmağa maraqlı olmalı idi, amma çəkinir", - o qeyd edib.
Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan anews.az-a İran siyasətçilərinin son zamanlarda belə çıxışları Ali dini lideri Ayətullah Əli Xameneyinin "Ermənistan- İran yollarını kimsə bağlaya bilməz" fikrinə dəstək məqsədi güdür.
"Dəhlizin açılmasının əslində həm İran, həm Ermənistan üçün müsbət yönləri var. İran təhlilçiləri ona görə narahatdır ki, Ankara və Bakının birbaşa dəhlizi olur. Hazırda Naxçıvan-Bakı arasında yol İran üzərindədir. Amma bu dəhliz ilə birbaşa gediş-gəliş baş tutacaq. Həmçinin, Türkiyənin gediş-gəlişi də asanlaşacaq. İran bundan narahatdır. Bu məsələdə İran bizim ilə yanaşı, Rusiyanı da qaralayıb. Rusiya o əraziləri nəzarətə götürmək istəyir deyə bu dəhlizə maraqlıdır. İran isə bu maraqdan xoşlanmır. İran dəhlizə qarşı çıxmaq ilə müsbət mənada heç nə qazanmır, təhlilçilərin mövqeyi isə qarayaxmadan başqa bir şey deyil. Bu qarayaxma iranpərəst düşüncəlilər tərəfindən Tehranda başlayıb, Parisdə davam edib, İrəvanda yekunlaşıb. Türk düşmənçiliyini təbliğ edirlər, Zəngəzur dəhlizinə qarşı olmaq da bu düşmənçilik ilə birbaşa bağlıdır", - o deyib.
İran əvvəldən Zəngəzur dəhlizinə "yaxşı" baxmırdı
İran siyasətçilərinin bu mövqeyi əslində Azərbaycan tərəfi üçün yad deyil. Hələ 2021-ci ildə İran qəzetləri Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında Cənubi Qafqaz regionunda transit yolların açılmasına dair Soçi sammiti çərçivəsində imzalanan üçtərəfli bəyanatı müzakirə edirdi.
"Arman-i Milli" gündəlik qəzeti üçtərəli bəyanatı "İranın Qafqazdan sıxışdırılması" hesab edib.
Qəzet Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin siyasi, iqtisadi, təhlükəsizlik, eləcə də hərbi baxımdan İran üçün mənfi nəticələrinin olacağını iddia edib.Qəzetə müsahibəsində Qafqaz məsələləri üzrə baş analitik Mirqasım Momeni "Bu, Kreml rəhbərliyinin İranla birbaşa sərhəd yaratma cəhdidir" deyib və yaranan vəziyyəti geosiyasi fəlakət hesab edib.

Qafqaz məsələləri üzrə yerli ekspert Əhməd Kazımi İranın "Etimad" nəşrinə danışıb və o, NATO qüvvələrinin İranın Şimal-Qərb hissəsində fəallığının artım ehtimalına diqqət çəkərək, "Zəngəzur dəhlizini" "Turançı (Pan-türkçü) dəhlizi" adlandırıb.
Əhməd Kazımi sözügedən kommunikasiya xəttinin İranın nəqliyyat, enerji, təhlükəsizlik və etnik maraqları ilə ziddiyyət təşkil etdiyini bildirib.
"Saxta Zəngəzur dəhlizi regional və beynəlxalq səviyyədə anti-İran layihəsidir"- Kazımi əlavə edib.
İranlı siyasi şərhçi təkcə rəsmi Tehranın deyil, qeyd olunan sahələrdə Moskva və Pekinin də ciddi təhlükələrlə üzləşəcəyini vurğulayıb.
Azərbaycan və Ermənistan rəhbərlərinin qovluğunda bu dəhliz barədə nə var? Qərb bəs dəhlizə hansı göz ilə baxır?

Azərbaycan Prezident İlham Əliyev "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı növbəti dəfə Zəngəzur dəhlizi məsələsinə toxunub. O bildirib ki, Zəngəzur dəhlizi açılmasa, sülhdən danışmaq çətin olacaq, Azərbaycanın Ermənistanla normal qonşuluğa yönəlmiş səyləri boşa çıxacaq. Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçirilən sammitində isə çıxışında deyib ki, Zəngəzur dəhlizinin açılması region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və bu marşrut üzərində yerləşən bütün ölkələr üçün faydalı olacaq. Dövlət başçısı 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həll olunmasının regionda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaratdığını əlavə edib.
Ermənistanın baş naziri Nikol Paşinyan cari ilin sentyabrında deyib ki, Ermənistanın dəhliz yaratmaq fikri yoxdur. Çıxışında Paşinyan konkret olaraq Zəngəzur məsələsinə toxunmayıb.
"Ermənistan öz ərazisində heç kimə dəhliz yaratmaq fikrində deyil, lakin bütün qonşuları, o cümlədən Azərbaycan üçün kommunikasiyalar açmağa hazırdır. Biz Ermənistan və Azərbaycan da daxil olmaqla, regionun bütün dövlətlərinin bu marşrutlardan istifadə edə biləcəyi məntiqi ilə yollar açmağa hazırıq”, - Paşinyan bildirib.

Elə həmin ayda ABŞ-də nəşr olunan "National İnterest” jurnalı Amerika Xarici Siyasət Araşdırmaları İnstitutunun baş elmi işçisi Stiven Blankın müəllifi olduğu "Ermənistan "Zəngəzur dəhlizi"ni tikməlidir" məqaləni dərc etdi. Belə ki, bu məqalədə müəllif "Ermənistan artıq Avropa ilə Asiya arasında yeni və mühüm nəqliyyat marşrutunun - Zəngəzur dəhlizinin tikintisini gecikdirə bilməz", deyə bildirib.
"Ukraynadakı müharibə səbəbindən tranzit marşrutları artıq təhlükə altına düşüb. Enerji, ərzaq və ticarət mallarının tədarükündəki ciddi fasilələr bütün dünya iqtisadiyyatına zərər verib. Moskvanın ”Şimal axını 1" qaz kəmərinə çıxışını kəsməsindən və Qərbin sanksiyaları bütün dünyada əsas ərzaq məhsullarının qiymətlərini artırdıqdan sonra Avropa qazının qiymətləri kəskin şəkildə qalxır. Məhz bu fonda Ermənistan artıq Avropa ilə Asiya arasında yeni və mühüm nəqliyyat marşrutunun - Zəngəzur dəhlizinin tikintisini gecikdirə bilməz. Uzun müddət müzakirə olunan, lakin hazırda Ermənistan tərəfindən bloklanan bu dəhliz Azərbaycanın cənub-qərb sərhədindən Ermənistan ərazisindən keçməklə Azərbaycanın Naxçıvan anklavına, oradan da Türkiyəyə və onun hüdudlarından kənara çıxacaq. Bu, Rusiyadan yan keçə biləcək bir neçə Şərq-Qərb ticarət yollarından birinin çatışmayan həlqəsidir. Əgər Ermənistan həqiqətən də onun diasporunun iddia etdiyi kimi, Qərbin dostudursa, o, danışıqlar masasına qayıtmalı və dərhal dəhlizin açılmasına icazə verməlidir", - məqalədə yazılıb.
Müəllif qeyd edib ki, bu dəhlizin açılması Ermənistan üçün də müsbət tərəfləri olduğunu deyib və əlavə edib ki "Ermənistan qlobal təchizat zəncirinin çatışmayan halqasını açmaqdan əhəmiyyətli dərəcədə faydalanacaq".

Zəngəzur dəhlizi məsələsi necə ortaya çıxdı və hansı əhəmiyyəti var?
Zəngəzur dəhlizinin açılması Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatında öz əksini tapıb. Ermənistan və Azərbaycan müharibəsinin bitişində imzalanan bu bəyanatın şərtinə əsasən Zəngəzur dəhlizi eni 5 km olan Laçın dəhlizindən fərqli olaraq ərazi dəhlizi deyil, nəqliyyat dəhlizi funksiyası rolunu oynayacaqdır.
Tədqiqatçı Cavidan Əhmədxanlı bildirib ki, Zəngəzur dəhlizinin üç müstəvidə önəm kəsb etdiyini qeyd edə bilərik: lokal, regional və interkontinental.
O qeyd edib ki, Dəhlizin lokal müstəvidəki əhəmiyyəti yeni nəqliyyat yolunun keçdiyi hər bir ölkədə yerli inkişafı stimullaşdırıcı faktor kimi çıxış etməsidir.
O qeyd edib ki, Dəhlizin lokal müstəvidəki əhəmiyyəti yeni nəqliyyat yolunun keçdiyi hər bir ölkədə yerli inkişafı stimullaşdırıcı faktor kimi çıxış etməsidir.
"Regional müstəvidəki önəmi Türkiyə və Mərkəzi Asiya arasında yeni marşrutu kimi ortaya çıxmasıdır. Türkiyə bu istiqamət üzrə regional rəqibi olan İrandan asılılığın azaldılması və Mərkəzi Asiya ilə bağlantısının daha məqbul ölkələrdən keçməsində maraqlıdır. Bu, həm də Xəzər dənizində gəmi nəqliyyatının artmasında stimullaşdırıcı faktor kimi rol oynayacaq. Zəngəzur dəhlizinin gerçəkləşməsi Azərbaycanın əsas ərazisi və Naxçıvan Muxtar Respublikası ilə alternativ keçid yaradacaq ki, bu da İranın Azərbaycan üzərindəki "Naxçıvan tranziti” məsələsinin təsirini azaldacaq. Bundan əlavə, Zəngəzur dəhlizin Rusiya və Türkiyə arasında Gürcüstandan yan keçən yeni istiqamət təklif etməsi dəhlizin regional müstəvidə başqa bir əhəmiyyətli dəyişikliyidir.
Zəngəzur dəhlizinin interkontinental, yəni qitələrarası əhəmiyyəti isə Çinin son illərdə artan iqtisadi nəqliyyat şəbəkəsinə yeni bir alternativlik təşkil etməsidir. Bu alternativlik Çindən gələn malların Türkiyənin şərq vilayətlərinə, oradan da Aralıq dənizi və ya İstanbul boğazları vasitəsilə Avropaya daşınmasını təklif edir. Əslində, bu yenilik həm Türkiyənin, həm də Çinin nəqliyyat yollarının diversifikasiya edilməsi strategiyalarına da uyğundur. Beləliklə də, yaxın gələcəkdə Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya edilməsi fonunda Zəngəzur dəhlizi Avropa və Asiya qitələri arasında önəmli ticarət marşrutu kimi çıxış etmək potensialı daşıyır", tədqiqatçı bildirib.
2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatda da Zəngəzur dəhlizinin istifadəyə verilməsinə razılıq ifadə olunub.
İSTİQAMƏT:5.3.9. azərbaycançılıq ideyasının təbliği;
QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.
Ləman Qasımova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !