İrana qarşı sanksiyalar qismən aradan qaldırıldı

23:00 | 20.01.2014
İrana qarşı sanksiyalar qismən aradan qaldırıldı

İrana qarşı sanksiyalar qismən aradan qaldırıldı

Avropa İttifaqı İrana qarşı sanksiyaları qismən dayandırıb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, Beynəlxalq Atom Enerjisi Agentliyi İran hakimiyyətinin Cenevrə müqavilələrinə riayət etdiyini təsdiqlədikdən sonra, Avropa Birliyi İrana  qarşı tətbiq etdiyi sanksiyaları qismən dayandırıb.

 

Avropa Birliyinin ardınca ABŞ hökuməti də Tehrana qarşı sanksiyaları qismən aradan qaldırıb. Bu haqda “RBK” ABŞ Dövlət Departamentinə istinadən məlumat verib.

Bundan əvvəl İranın nüvə obyektlərində uranın 20% zənginləşdirilməsinin dayandırılması haqqında məlumat verilmişdi.

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM