İrana səyahət - mən cənubdakı evimdə idim

11:55 | 16.04.2014
İrana səyahət - mən cənubdakı evimdə idim

İrana səyahət - mən cənubdakı evimdə idim

İran haqqında son hekayəmi İran azərbaycanlıları və ya Zəncan, Qərbi Azərbaycan, Ərdəbil və Cənubi Azərbaycan ostanları (əyalətləri) haqqında təəssüratlarımla qurtarmaq istəyirəm. Bizim İranlı həmyerlilərimiz bu ölkənin başqa ostanlarında da yaşayırlar, bir çox azərbaycanlılar doqquz milyonluq Tehranın sakinləridir. Ən son məlumatlara görə İran İslam Respublikasında 79 milyon vətəndaş yaşayır, onların da yarısını farslar təşkil edir, say etibarilə ikinci yerdə isə - azərbaycanlılardır.İranda olarkən, mən təbrizlilərdən eşidirdim ki, azərbaycanlılar orada farslardan iki dəfə çoxdur. Mən səyahət haqqında ilk xəbərlərimdə elə beləcə də yazdım. Amma sonra aydın oldu ki, bu ölkənin azərbaycanlıları etnik çoxluq olmaq üçün özlərini azsaylı türk xalqları (türkmənlər və.s) və qarışıq ailələrdən olanlar kimi qələmə verirlər. Məsələn, İranın əvvəlki prezidenti Mahmud Əhmədinecat onlarda ona görə azərbaycanlı hesab edilir ki, onun anası – etnik azərbaycanlıdır. Beləcə, İranda azərbaycanlıların sayca üstünlüyü haqqında xoş mif yaradılır. Bu sıradan olan ikinci iddia ondan ibarətdir ki, farslar İran İslam Respublikasını xarici aqressiyadan qorumaq üçün türklərdən istifadə edirlər, bu isə mif olmaya bilər. O vaxtdan bütün İran Azərbaycanı o müharibənin şəhidlərinin təsvirləriylə bəzənmişdir, Təbrizdə isə mən bir meydan gördüm, orada yazılmışdı ki, bura 8 il müharibə ərzində iraq raketləri düşürdü.Ehtiyac olduqda isə türklərlə qarışırlar, onlara əvvəlki kimi etinasızlıqla yanaşırlar. Ana dilində təhsil almaq hüququndan məhrum edirlər, Azərbaycan əyalətlərində iqtisadiyyatın inkişafını məhdudlaşdırırlar və Tehrana sərf etməyən siyasi fəallığa görə cəzalandırırlar.Tehranı idarə edən mollaların çoxusu etnik azərbaycanlıdır. Mahmud Əhmədinecat da ana tərəfindən həmçinin azərbaycanlıdır. Bununla belə, son şərait İranda onun "həmyerlilərinin" sabiq prezidentin son sözlərini müdafiə etməməyə mane olmur. Yerli sakinlərdən iri eşitdi ki, ABŞ-ı ən qəddar günahlarda ittiham edən Əhmədinecat, "düşmənə" rəsmi səfərə öz ailəsini və qohumlarını götürdü, əlbəttə, dövlət hesabına.Rusdilli məlumat kitabçalarında bildirilir ki, farslar İran əhalisinin 36%- 61%-ni təşkil edir. Onların tarixi vətəni — Pars əyalətdir. İran azərbaycanlılarının sayı, müxtəlif qiymətləndirilmələrə görə 16%-dən 45%-ə qədərdir. Gördüyümüz kimi, qiymətləndirilmələr arasında fərq təəccüb doğuracaq qədər, ona görə də Azərbaycanlıların çoxluğu haqqında sözlərdə hansısa həqiqət olmamış deyil.İran azərbaycanlıları bizə aydın dildə danışırlar, ona görə də tərcüməçilərə ehtiyac yoxdur. İranda ərəb əlifbası qəbul edilmişdir, bu isə latın və kiril əlifbasına öyrəşənlər üçün tamamilə anlaşılmazdır. Amma əsas yollarda yazı-göstəricilər ingilis dilində təkrarlanır, Azərbaycan şəhərlərində isə latın əlifbasıyla yazılmış bir çox elanlar Azərbaycan Respublikasından gələn qonaqlar üçündür.Bizi orada gülər üzlə qarşılayırlar. Eləcə "salam" kəlməsini eşitmək bəs edir ki, tələffüzdən tanısınlar. Mən belə anladım ki, şimali azərbaycanlılar (yəni biz) kobud danışırıq. Cənubi azərbaycanlılar isə mahnı ifa edirmiş kimi danışırlar. Onların dialekti bizim şəkililərin ləhcəsini xatırladır. Mən bu barədə Bakıya qədər maşınla yol getdiyim İranlıya dedikdə, cavab olaraq eşitdim ki, Azərbaycan rayonunun və Şəki şəhərinin sakinləri Təbrizdən gəlmədir.Təbrizlilər çox zəhmətsevərdilər, səhər tezdən gecəyə qədər işləyirlər. Amma İranın Urmiya şəhərinin sakinləri çox şəndirlər, ziyafətlərə və həzlərə meyllidirlər, - həminki yol yoldaşı mənə belə deyirdi.İranlıların öz istirahət formaları var - kişilər köhnə tüstülü qəlyanxanalarda otururlar və ya xoruz döyüşlərinə pul qoyurlar.Şəhərdə gəzərkən mən döyüş xoruzlarının satıldığı mağaza ilə qarşılaşdım. Həm də mənim diqqətimi çəkdi ki, məmnuniyyətlə söhbət etdiyim Təbriz sakinləri, özlərinə qarşı tənqidi yanaşırlar, özlərinki yalanda və əliəyrilikdə ittiham edirlər. Məni daim xəbərdarlıq edirdilər: küçədə pul dəyişmə, səni mütləq aldadacaqlar. Öz pulunu naməlum insanlara göstərmə – oğurlayacaqlar.Küçədə, mağazalarda mənə pul dəyişməyi təklif edirdilər, amma mən, əlbəttə, bu proseduru İrana gəldiyim saatdaca yerinə yetirdim – Ərdəbil şəhərinin bankında. Buna qədər İran Astarasında taksi sürücüsü valyuta mübadiləsində mənə kömək etməyi təklif etmişdi. Mən imtina etdim. Elə həminki sürücü məni 30 Azərbaycan manatı müqabilində Ərdəbildən Astaraya çatdırdı. Eyni yolu qayıdarkən, başqa taki sürücüsünə - biz üç sərnişin – cəmi 10 manat pul verdik.1 Azərbaycan manatı demək olar ki, 1 avroya bərabərdir. 1 manat 3200 İran tümeninə bərabərdir.Astaradan Ərdəbilə taksiylə 1 saatlıq yoldur.İranlılar çox qonaqpərvərdir. Marşrut taksisində mehmanxanalar barədə sual verdiyim ilk təbrizli mənimlə söhbətə başladım, İran İslam Respublikasında və Azərbaycan Respublikasında yaşayış haqqında fikirlərimizi bölüşdük, mənim gediş haqqımı sürücüyə ödədi və məni evinə qonaq dəvət etdi. Əlbəttə, mən təşəkkürümü bildirib, imtina etdim.Şəhər mərkəzindən sərnişinləri Parka və Şah-Gəlin süni gölünə aparan aparan 101-ci marşrutun Təbriz şəhər avtobusunun sürücüsü mənim xırda pul axtardığımı görüb (İranda xırda pullar da kağızdandır, ona görə də iri məbləği xırda məbləğdən fərqləndirmək çətindir), puldan imtina etdi, gölə gedərkən isə, o, səssiz-səmirsiz əlini uzadaraq məni konfetə qonaq etdi.Avtobus daxil olan yaşlı sərnişinlər sürücüylə salamlaşırdılar, çıxanlar isə yaxşı yol arzusuyla vidalaşırdılar.Kafe işçisi, bəlkə də gənc sahibkar, mənim bakılı olduğumu bilib, təbrizlilərə Azərbaycan Respublikasında yaşayışın yaxşı olmasından danışmağa başladı."Siz prezidentinizə dua etməlisiniz, o, sizin qayğınıza qalır", - o, biz naşükürləri beləcə danladı.Kafenin işçisi dedi ki, prezident İlham Əliyev Tehran hakimiyyətinə İran Azərbaycanında neft emal edən zavodu tikməyi və hətta Şimaldan onu mütəxəssislərlə təmin etməyi təklif etdi. Amma Tehranda bu təklifdən imtina etdilər ki, cənubi azərbaycanlılar şimal yoldaşları kimi yaxşı yaşamasınlar.Ərdəbildə mən küçə ayaqqabı ustasının şəklini çəkdimÜmumiyyətlə, siyasi qarşıdurma mövzusu İranda farslar və türklər arasında çox aktualdır. Bu ölkədə aranın qarışması üçün deyəsən, kiçik qığılcım da bəs edər. Onlar qorxmadan, farsları xoşlamadıqlarını deyirlər, Bakının daxili siyasətinə açıq simpatiya ifadə edirlər, çünki Bakıda qadınları baş örpəkləri daşımağa məcbur etmirlər, istənilən marka avtomobili asanlıqla əldə etmək olar və din dövlətdən ayrıdır."İranlılar – dünyada ən inancsız xalqdır, çünki bizi inanmağa məcbur edirlər, zorla qəbul etdirilən şey isə nifrət oyadır", - mənimlə fikrini bölüşdü.Təbrizdə mən müasir məhəllə məscidi gördüm İran kişilərini müzakirə edib, qadınların yanından ötməyək. Onların çox da inanclı olmayanları baş örpəyini boyun ardında sancaqla daşıyırlar.Qızlar və qadınlar əsasən gözəldirlər, kosmetikadan fəal istifadə edirlər və utanmadan dəyər verirmiş kimi kişilərə baxırlar. Mənə şəhərdə mehxamana tapmağa yardım edən elə həmin təbrizli, biz camaatın arasından keçərkən bərk təəccübləndi: "işə bir bax, hətta örpək belə onlara hansısa kişiyə göz qoymağa mane olmur!".Düşünürəm, mənə göz qoymurdular.Kişilər istədikləri kimi geyinə bilərlər. Şəkilli yay maykaları, qolsuz köynəklər orada dəbdədir. Yəqin yayda şort geyinmirlər. Geyimdə belə diskriminasiyanın olması qadınların xoşuna gəlmir. "Dress-kod" - iranlıları çox qıcıqlandıran dövlət siyasətinin amillərindən biridir.İranda spirt içkilər rəsmən qadağandır, amma qeyri-rəsmi olaraq xəlvəti almaq asandır. Restoranda hətta sizə araq təklif edə bilərlər. Əgər polis spirtli içki qəbul edəni görərsə, nə olacaq – yanımdakı oğlan iranlıdan soruşdu. 20 şallaqla cəzalandıracaqlar?"Məncə, polisin sizin yanınızda oturub, həmin araqdan ona da süzməsini xahiş etmək ehtimalı daha çoxdur", - iranlı gülərək cavab verdi.İranda avtomobil hərəkətinin qarma-qarışıq olması haqqında Bakıda çox eşidirdim. Bu haqda mətbuatda tez-tez yazırlar. Bəlkə, ona görə beləydi ki, mən orada Novruz bayramı və tətil günlərində olmuşdum, yollarda maşınlar (iranlılar avtomobilləri belə adlandırırlar – maşın, türkiyədəki kimi araba demirlər), az idi və mən yalnız bir dəfə tıxaca düşdüm – axşam İranda yeni ilin gəlməsi ərəfəsində. İndi onlarda 1393-cü ildir. İran İslam Respublikasının dünyadan fərqli təqvimi var.Novruz günlərində polis təbrizlilər üçün bayram masası açdı. Arxa planda - daşına bilən polis qoşma furqonu. Şimali Azərbaycanda polislərin belə furqonu yoxdur və ona görə də vətəndaşlara bayram masaları təşkil etmirlər. Yalnız 8 Martda qadın-sürücülərə gül hədiyyə edirlər. Bakıda, İran sərhədinə qədər dəmir yolu kassasından bilet alarkən, mən biletçi və iki alıcı kişi arasında mübahisəyə səbəb oldum. Məndən başqa hamı İranda olmuşdu və hər biri də öz təəssüratları ilə geri qayıtmışdır. Bir kişi deyirdi ki, Şimali Azərbaycanda hər şey Cənubdakından yaxşıdır və ələxsus da, bizim insanlarımız. Başqa kişi onunla razılaşmırdı, amma etiraf etdi ki ki, orada turistlər aldadıla bilər. Kassir artıq ah çəkirdi, səs-küylü söhbətə qarışmağı arzu etmirdi, yalnız əlavə edib dedi ki, hər yerdə pis də var, yaxşı da.Mənim həmvətənlərim də İran Azərbaycanı haqqında təxminən eyni fikirdədirlər. Onlardan İranda yaşayanlar isə çoxdur. Hər gün Azərbaycan şəhəri Təbrizə Şimaldan yüzlərlə insan gəlir, əksəriyyəti də ucuz və keyfiyyətli tibbi xidməti almaq üçün gəlirlər və bir çanta ucuz və təmiz İran dərmanları ilə geri qayıdırlar.Təbrizdə eşitdiyim qədəriylə, son illər ərzində bu şəhərdə şimal sakinlərinə tibbi xidmət göstərilməsi üçün tam bir sənaye əmələ gəlib. Mənim olmadığım küçələrdən birində poliklinikalar, tibb mərkəzləri, apteklər və tibbi labaratoriyalar tikildi, buranın müştəriləri demək olar ki Azərbaycan Respublikası vətəndaşlarıdır. Iranda hər yerin bağlı olduğu və deməli xəstələrin də olmadığı Novruz bayramı günündə yalnız Şimali Azərbaycanlılara xidmət göstərən mehmanxanalar da bağlı olur. Beləliklə, mən oradan hansı təəssüratlarla qayıtdım? Mənə elə gəldi ki, orada insanlar bizdəkindən kasıb yaşayırlar. Şəhərlər və kəndlər də həmçinin bizdən geridədir. Amma Təbrizdə ictimai şəhər nəqliyyatı daha yaxşı təşkil edilmişdir. İstanbulda olduğu kimi, şəhərdə metrobuslar (türk adı) hərəkət edir – ictimai nəqliyyat üçün xüsusi olaraq ayrılmış yol xətləri üzrə hərəkət edən adi avtobuslar. Bu xətlərə başqa avtomobillər girə bilmir. Metrobuslara minmək üçün sərnişinlər əvvəldən bilet almalıdırlar - bunu avtobus dayanacaqlarında xüsusi formalı qulluqçular izləyirlər.Məni yollarda təəccübləndirən bir də o oldu ki, şəhərlərarası avtobus reyslərinin sürücüləri yol polisi postuna maşının yaxınlaşması vaxtı sərnişinlərdən xahiş edirlər ki, kəmərləri taxsınlar. "Əgər cərimələsələr özünüz ödəməli olacaqsınız", - sürücü xəbərdarlıq edirdi. Amma İran şəhərlərində yüzlərlə ucuz motorlu motosikllər şütüyür, sürücülər cəsarətlə əyləşirlər, arxasında arvadı, onun da arxasında qızı, benzin bakında isə məktəbəqədər yaşlı oğlu. Heç birinin də başında kaska yoxdur. Təəssüf, orada motosikletçilərin şəklini çəkmək çətindir – elə çık-çırık etməyə başlayırsan ki, onlar artıq yoxdur, hətta kameranı əlinə götürməyə də imkan tapmırsan. İranda hər şey çox ucuzdur, həm də malın və xidmətlərin keyfiyyətinə bunun təsiri yoxdur. Təbrizdə traktor zavodu, keyfiyyətli dəri ayaqqabısı istehsal edən ayaqqabı fabrikləri fəaliyyət göstərir. Müxtəlif mehmanxanalar var, burada pulsuz səhər yeməyi də daxil olmaqla, çox gözəl bir nömrədə yaşamanın dəyəri 30 manatdan baha deyil.Televiziya və radio orada, əlbəttə, darıxdırıcıdır, hərçənd İranda 4 gün ərzində məmnuniyyətlə bizim efir KİV-imizin mənasız-axmaq verilişlərindən uzaqlaşıb, istirahət etdim. Düşünürəm ki, eyni tərzdə İran İslam Respublikası və Azərbaycan Respublikasının qəzet jurnalistikasını da müqayisə etmək olar.İran korrupsiya cəhətdən bizim ölkəmizdən daha təmizdir. Iranlılar mənə deyirdilər ki, bizdə rüşvəti yalnız binlaarın tikintisinə icazə almaq üçün verirlər, amma biləndə ki, Şimali Azərbaycanın sakinləri, tələbələr oxumamaq üçün rüşvət ödəyirlər, onda gözlərini bərəldib təəccüblənirdilər. Küçədə dilənçilərindən rüvşət yığan polislərimiz barədə danışdıqda isə, Təbrizli həmsöhbətim az qalmışdı "özündən getsin".İranda siyasi fəaliyyətin dövlət inhisarçılığı mənim xoşuma gəlmir. Buna bənzər nəsə Şimalda da var, amma gizli formada. Azərbaycan Respublikasında vətəndaşlar mədəni özünü ifadə etməsində azaddırlar, İranda olduğu kimi qərb, avropa və amerika estrada musiqisi, caz və balet tamaşalarına qadağa yoxdur.İranda xarici avtomobillərin idxalına üçqat dövlət rüsumu yığılır, bu da vətəndaşların böyük əksəriyyətini yerli avtomobilləri almağa vadar edir, belə maşınlar isə texniki cəhətdən geri qalırlar. Bu, xüsusilə gəncləri qıcıqlandırır. Hətta onlar əvvəlki sovet avtomobillərinə daha çox hörmət bəsləyirlər. Amma Azərbaycan Respublikasında xarici məhsulun idxalı üçün qeyri-rəsmi rüşvətlər yığılır və elə bir qüvvə yoxdur ki, gömrükdə qanunsuz pul ödənişlərinə son qoysun.Bir sözlə, nəsə xoşuma gəldi, nəsə yox. İstənilən xarici səfərdə olduğu kimi. Bu dəfə mənim üçün əsas "xoşuma gəlirdi-xoşuma gəlmədi" yox, bütün səyahətlərim boyu ilk dəfə, Azərbaycanda olduğum kimi evimdə olmağım idi. Amma Cənubda.  Kamal ƏliANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM