İran və 6 dünya ölkəsi iyulun 14-də iranın nüvə proqramı ilə bağlı yekun zasiş əldə ediblər.
Söhbət İranın nüvə proqramını dayandırması və əvəzində ona qarşı beynəlxalq sanksiyaların yüngülləşdirilməsi və ya ləğvindən gedir.
İranın xarici işlər naziri Javad Zarif Vyanada keçirilən son görüşdə bunun tarixi qərar olduğunu bəyan edib.
Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federica Mogherini isə bildirib ki, bu qərar beynəlxalq münasibətlərdə yeni mərhələyə yol aça bilər.
Razılaşmaya görə, beynəlxalq müfəttişlər İranın nüvə obyektlərinə baş çəkməyi tələb edə bilərlər.
Reutersin məlumatına görə isə İranın ballistik raket proqramına qoyulmuş sanksiya 8 il , BMT-nin silah embarqosuisə 5 il qüvvədə qalacaq.
Amma agentliyin məlumatına görə, əgər İran razılaşmanın şərtlərini pozsa BMT-nin sanksiyaları bərpa oluna bilər. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !