İranda 30 min qadın polis işə götürülüb

23:26 | 26.11.2015
İranda 30 min qadın polis işə götürülüb

İranda 30 min qadın polis işə götürülüb

Ərbəin mərasimi münasibətilə İrandan İraqa gedən zəvvarların sayının artmasını nəzərə alaraq, sərhəd-buraxılış məntəqələrində nəzarət və yoxlanış aparmaq üçün 30 min fəxri qadın polis işə cəlb olunub. Trend-in İRNA-ya istinadən verdiyi məlumata görə, bunu İranın İlam əyalətinin Sərhəd Qoşunlarının komandiri general Lütfəli Pakbaz deyib.

L.Pakbaz bildirib ki, sərhəd-buraxılış məntəqələrində zəvvarların gediş-gəlişi ilə bağlı ötən il qeydə alınan problemlərin çoxu artıq aradan qaldırılıb: "Noyabrın 17-dən zəvvarların İraqa giriş sayı artmağa başlayıb. Elə noyabrın 17-də bu rəqəm gündəlik 5000 nəfər idisə, sonrakı günlərdə gündəlik 13 min, 64 min, noyabrın 25-də isə 84 min zəvvar sərhəddən İraq ərazisinə buraxılıb. Bu gündən etibarən isə gündəlik olaraq 100 mindən çox zəvvarın sərhəddən İraqa keçəcəyini proqnozlaşdırırıq".

Qeyd edək kı, hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin şəhadətinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir. Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etidyi bildirilir. İrandan İraqa 2 milyon zəvvarın gedəcəyi proqnozlaşdırılır. Bu il Ərbəin miladi təqvimlə 2 dekabr tarixinə təsadüf edir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM