İranda dəniz, çay, göl, su anbarları və su hovuzlarında 138 gün ərzində 863 nəfər boğulub.
Trend-in məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi deyib.
M.Xalidinin sözlərinə görə, onların 565-i həyatını itirib.
"Ən azyaşlısı – 6 aylıq oğlan uşağı Ərdəbilin Təzəkənd kəndində boğulub, onun həyatını xilas etmək mümkün olub. Ən yaşlı şəxs- 95 yaşlı kişi isə Urmiyada boğulub və dünyasını dəyişib”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !