İranda aksiyalarda həbs edilən şəxslər azadlığa buraxılıb

15:32 | 06.12.2022
İranda aksiyalarda həbs edilən şəxslər azadlığa buraxılıb

İranda aksiyalarda həbs edilən şəxslər azadlığa buraxılıb

İran məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Mohseni Ejeinin əmrindən sonra etirazlar zamanı həbs edilən 1200 nəfər sərbəst buraxılıb. Bu barədə İranın Ədliyyə Nazirliyinin sözçüsü Məsud Sitayişi bildirib.

Onun sözlərinə görə, etirazlar zamanı 200-dən çox adam ölüb.

Sitayişi həmçinin bildirib ki, etirazlar zamanı öldürülən Bəsic üzvü Ruhulla Acimiyani ilə bağlı 5 nəfər edam cəzasına məhkum edilib. Onun sözlərinə görə, bu iş üzrə daha 11 nəfər uzun müddətdir ki, həbs edilib. Həbs olunanlar arasında yeniyetmələr də var.
 
İran İnsan Haqları Təşkilatının yaydığı məlumatda 17 sentyabrdan 5 dekabr axşam saatlarına kimi İranda davam edən etiraz nümayişlərində 64-ü uşaq olmaqla 473 nəfərin hökumət məmurları tərəfindən öldürüldüyünü bildirib.

Bununla yanaşı məlumatda 18215 nəfərin saxlanıldığı, onlardan 3524-in kimliyi və harada saxlanıldığının dəqiqləşdirildiyi və bunlardan 584 nəfərinin öyrənci olduğu qeyd edilib.

Həmçinin bu müddət ərzində 159 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 143 universitetin öyrənciləri bu nümayişləri dəstəkləyiblər.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM