İran İslam Respublikasının paytaxtı Tehranda yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku başa çatıb.
Yarışda qalib gələrək, dünya kubokunu başı üzərində qaldıran Azərbaycan yığmasının şərəfinə himnin oxunması və bayrağımızın qaldırılması zaman xoşagəlməz insident baş verib.
Belə ki, Azərbaycanın üçrəngli, aypara və səkkizguşəli ulduzdan ibarət bayrağı təhrif edilmiş formada təqdim olunub – bayrağımızda ulduz səkkizguşəli yox, beşguşəli kimi göstərilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !