İranda azərbaycanlı musiqiçi həbs olundu

09:00 | 04.02.2023
İranda azərbaycanlı musiqiçi həbs olundu

İranda azərbaycanlı musiqiçi həbs olundu

Yanvarın 30-da İranın Qəzvin şəhərinin ədliyyə idarəsinə çağırılan Məsumə Bənagərin həbs olunduğu bəlli olub.

Bu barədə ABŞ mərkəzli İranda Hüquq Müdafiəçiləri təşkilatı məlumat yayıb.

Məsumə Bənagər rejim qüvvələri tərəfindən qətlə yetirilən soydaşımız Cavad Heydərinin anım mərasiminə qatıldığı üçün saxlanılaraq həbs edilib.

Məsumə Bənagər ilk dəfə noyabrın 13-də rejim qüvvələri tərəfindən qanunsuz şəkildə evdən həbsxanaya aparılıb. O, sosial şəbəkədə bir neçə hekayə paylaşmaqda ittiham olunub. Daha sonra dekabrın 25-də ifadə vermək üçün çağırılıb və həbs edilib. On gündən sonra o, məhkəmə prosesi başa çatana qədər zaminə buraxılıb.

Azərbaycan türklərinin kompakt yaşadığı Qəzvin şəhərinin sakini Məsumə Bənagər musiqiçidir və uşaq musiqi müəllimidir. 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb