İranda azərbaycanlılara hökm oxundu

10:32 | 02.11.2021
İranda azərbaycanlılara hökm oxundu

İranda azərbaycanlılara hökm oxundu

İranda cənubi azərbaycanlı milli fəallar barədə məhkəmə qərarı elan edilib.

Milli fəallar Təbriz Cəza Məhkəməsinin 111-ci şöbəsinin daha əvvəl barələrində irəli sürülən "qeyri-adi hərəkətlər etmək və səs-küy salmaqla ictimai asayişi pozmaq, qanunsuz aksiyaya qatılmaqla vətəndaşların əmək fəaliyyətlərinə, təhlükəsizliyinə əngəl törətmək” ittihamından bəraət alıblar.

Barələrində qərar çıxan fəallar Cabbar Rahdar, Hadi Əfsəri, Qulamhüseyn Qaracadağı, Puya Xudayi, Şayan Təqəvi, Yaşar Kazımi, Arif Muradpur, Əbülfəz Kəraməti, Hüseyn Yusifi, Ulduz Qasımi və Munirə Çəmən Gülzardır. 

Sözügedən şəxslər iyulun 24-də Təbrizdə su qıtlığına qarşı və ərəb icmasının etirazlarına dəstək olaraq keçirilən aksiyalarla bağlı saxlanılmışdılar. Onların bir çoxu ETTELAAT-ın təcridxanasında dindirildikdən sonra Təbriz həbsxanasına köçürülüb və girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM