İranda bir gündə 337 nəfər koronavirusdan öldü

15:12 | 19.10.2020
İranda bir gündə 337 nəfər koronavirusdan öldü

İranda bir gündə 337 nəfər koronavirusdan öldü

İranda ötən sutka ərzində 337 nəfər koronavirusdan (COVID-19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 30 717 nəfərə çatıb.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 4 251 nəfər koronavirusa yoluxub. İndiyədək İranda 534 631 nəfər koronavirusa yoluxub. Virus daşıyıcılarından 4 771 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 431 360 nəfər koronavirusdan sağalıb.

Tehran, İsfahan, Qum, Şərqi Azərbaycan, Cənubi Xorasan, Simnan, Qəzvin, Lorestan, Ərdəbil, Xuzistan, Kirmanşah, Kohgiluyə və Buyir-Əhməd, Gilan, Buşehr, Zəncan, İlam, Rəzəvi Xorasanı, Mazandaran, Çahar-Mahal və Bəxtiyari, Əlborz, Qərbi Azərbaycan, Mərkəzi, Kirman, Şimali Xorasan, Həmədan, Yəzd və Kürdüstan vilayətləri qırmızı zonalar hesab olunurlar.

Ölkədə indiyədək 4,54 milyondan çox diaqnoz testi həyata keçirilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM