İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 212 nəfər vəfat edib.
Anews.az xəbər verir ki, bununla da İranda koronavirusdan ölənlərin sayı 15 912 nəfərə çatıb. İranda son sutka ərzində koronavirusa 2 434 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 293 606 nəfərə çatıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !