İranda daha 3 nəfərdə koronavirus aşkarlandı

14:44 | 20.02.2020
İranda daha 3 nəfərdə koronavirus aşkarlandı

İranda daha 3 nəfərdə koronavirus aşkarlandı

İranın Qum şəhərində daha 3 nəfərin koronavirus daşıyıcısı olduğu məlum olub.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, İranın Qum şəhərində daha 3 nəfərin həmin virusa yoluxduğu açıqlanıb.
 
Beləcə Qum şəhərində koronavirusa yoluxanların sayı 5-ə çatıb. Qeyd edək ki, dünən İranın Səhiyyə Nazirliyi Qum şəhərində 2 nəfərin koronavirus səbəbilə öldüyünü açıqlamışdı.
 
Xatırladaq ki, Çinin Uhan şəhərindən yayılmağa başlayan koronavirus səbəbilə bugünə qədər 2 min 128 nəfər dünyasını dəyişib.
 
80 minə yaxın insanın isə məlum virusa yoluxduğu bildirilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM