• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

İranda daha üç etirazçı edam olunacaq

İranda daha üç etirazçı edam olunacaq
09.01.2023 16:42
İran məhkəməsi daha üç etirazçıya ölüm hökmü verib.  Bu barədə İranın Təsnim xəbər agentliyi məlumat yayıb. 
 
İran məhkəməsi bildirib ki, Məhsa Əmininin ölümü ilə başlayan etirazlar zamanı təhlükəsizlik qüvvələrinin üç əməkdaşını öldürməkdə ittiham olunan daha üç nəfərə ölüm hökmü çıxarılıb.
 
İslam Respublikasında kürd əsilli iranlı 22 yaşlı Amininin İranda qadınlar üçün sərt geyim qaydalarını pozduğu iddiası ilə həbs olunduqdan sonra sentyabrın 16-da öldürülməsindən sonra vətəndaş iğtişaşları baş qaldırıb.

Üç aydan çox davam edən etiraz aksiyaları ilə bağlı ölümə məhkum edilənlərin ümumi sayını 17-yə çatıb.

Mühakimə olunanlardan 4-ü edam edilib, daha ikisi isə ölkənin Ali Məhkəməsi tərəfindən hökmləri qüvvədə saxladıqdan sonra ölüm hökmündədir.

Onlardan biri peşəkar futbolçu, 26 yaşlı Əmir Nəsr-Azadanidir. O üç müxtəlif ittihamla, ümumilikdə. 26 il həbs cəzası alıb.
 
Mizan bildirib ki, elan edilən bütün hökmlərdən ölkənin ali məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə iclaslarının videoları, törədilmiş cinayətləri və təqsirləndirilən şəxslərin etiraflarını əks etdirən CCTV görüntüləri ilə birlikdə Mizan tərəfindən yayımlanıb.

İran rəsmiləri adətən "iğtişaş” adlandırdıqları etirazlar zamanı yüzlərlə adamın, o cümlədən təhlükəsizlik qüvvələrinin üzvlərinin öldürüldüyünü və minlərlə insanın həbs edildiyini bildirir.

Tehran düşmən xarici ölkələri və müxalifət qruplarını iğtişaşları qızışdırmaqda ittiham edir. Şənbə günü İran Məhəmməd Mehdi Kərəmi və Seyid Məhəmməd Hüseynini noyabrda Tehranın qərbində Kərəcdə bir yarımhərbi qüvvələrin üzvünü öldürdüyünə görə edam edib.

Daha iki kişi, Möhsün Şəkəri və Məcidreza Rəhnəvard dekabr ayında təhlükəsizlik qüvvələrinə ayrı-ayrı hücumlarda ittiham olunaraq edam ediliblər. Edamlar qlobal hiddətə və Tehrana qarşı Qərbin yeni sanksiyalarına səbəb olub.

Londonda yerləşən Amnesty İnternational hüquq müdafiə təşkilatının məlumatına görə, İran 2021-ci ildə ən azı 314 nəfərin edam edilməsi ilə ölüm cəzasının tətbiqinə görə Çindən sonra ikinci yerdədir.
 
Lida Abbaslı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Dünya 12:12
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Dünya 16:17
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Paşinyan Putin  Aİİ gündəmini müzakirə ediblər
Dünya 13:52
Paşinyan Putin Aİİ gündəmini müzakirə ediblər
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Dünya 16:36
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Dünya 13:11
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Dünya 15:07
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Dünya 16:00
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Dünya 15:11
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Dünya 12:23
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol