İranda dərman çatışmazlığı gözlənilir

13:26 | 24.01.2023
İranda dərman çatışmazlığı gözlənilir

İranda dərman çatışmazlığı gözlənilir

İranda dərman çatışmazlığının artacağı və bu sahədə böhran yaşanacağı gözlənilir. Bu barədə İran Əczaçılar Assosiasiyasının vitse-prezidenti Əli Fatimi bildirib.

O, bu il dərman təminatı üçün az büdcə ayrıldığını bildirib.
 
Vitse-prezident dərmanların xaricdən idxalı və ölkədə istehsalı üçün ciddi problemlər yaradacağını da vurğulayıb.

İran Parlamentinin Mədəniyyət Komissiyasının üzvü Məhəmməd Cavad Nikbeyn dərmanların qiymətinin 300-400, hətta 700 faiz artdığını və buna baxmayaraq, hələ də ölkədə dərman və antibiotik qıtlığı yaşandığını bildirib.
 
İranda daha əvvəl dərman istehsalı müəssisələrinin verdiyi məlumata görə, xammal vaxtında təmin olunmadığı üçün bir sıra istehsal bölmələri bağlandığını vurğulamışdı.
 
Dərman Sənayesi Sahiblərinin Sindikatının başçısı Məhəmməd Əbdzadənin verdiyi məlumata görə, hazırda ölkədə 300 adda dərman tamamilə yoxa çıxıb və adi antibiotik və serum çatışmazlığı yaşanır.

Talassemiya Xəstələrinə Dəstək Birliyinin başçısı Yunis Ərəb isə mediaya verdiyi açıqlamada son bir neçə ay ərzində dərman çatışmazlığı səbəbindənn ən azı 70 talassemiya xəstəsinin öldüyünü bildirib. 

Aytac Zeynalova


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb