Bu gün səhər İranın Kürdistan əyalətinin Qürvə şəhərində "Zaqros" poladəritmə zavodunun işçiləri etiraz aksiyası keçirib. Trend-in məlumatına görə, bu barədə İLNA agentliyi xəbər verir.Məlumata əsasən, etiraz aksiyasında zavodun 200 işçisi iştirak edib və onlar Qürvə şəhər İcra Hakimiyyəti qarşısına toplaşaraq 7 aylıq əməkhaqlarını almamalarına etiraz ediblər.Zavod rəhbərliyi fəhlələrin beş aylıq sığorta haqlarını da ödəməyib. "Zaqros" zavodunun rəhbərliyi İcra Hakimiyyətinə çağırılıb və rəhbərlik fəhlələrin problemlərinin həlli üçün işlər görəcəyinə söz verib.Qeyd edək ki, ötən həftə də İranda iki iri müəssisənin işçiləri (Kərəc şəhəri yaxınlığında yerləşən və təkər istehsalı ilə məşğul olan "İran Tire" zavodunun 400-dən çox işçisi və Xozestan əyalətində yerləşən "Fəcr" (Fajr) neft-kimya şirkətinin 150-dən çox işçisi) etiraz aksiyaları keçirmişdilər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !