İranda güclü zəlzələ

12:24 | 27.05.2014
İranda güclü zəlzələ

İranda güclü zəlzələ

İranda güclü zəlzələ baş verib. ANS PRESS-in məlumatına görə, bu barədə İranın Seymologiya Mərkəzinin internet saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunub ki, ölkənin Hörmüzqan vilayətinin Sooza şəhərinin ərazisində səhər saatlarında güclü yeraltı təkanlar qeydə alınıb. Yeraltı təkanların 5,2 bal gücündə olduğu bildirilir. Təkanlar yerin 14,3 kilometr dərinliyində qeydə alınıb. Ölkənin Xorasan, Cənubi Xorasan, Hacıabad, Zahan vilayətlərində isə zəif hiss olunan yeraltı təkanlar olub. Zəlzələ zamanı itki və xəsarət alanların olması barəsində məlumat verilmir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM