İranda iki terror qrupu zərərsizləşdirilib

10:28 | 22.11.2015
İranda iki terror qrupu zərərsizləşdirilib

İranda iki terror qrupu zərərsizləşdirilib

 İranda son bir neçə gün ərzində iki terror qrupu zərərsizləşdirilib. APA-nın "TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə İranın Kəşfiyyat Məsələləri üzrə Nazirliyi məlumat yayıb.
 
"İranın təhlükəsizlik qüvvələri ölkənin iki əyalətində partlayışlar törətməyi planlaşdıran iki terror qrupunu zərərsizləşdirib”, deyə İRNA nazirliyin məlumatına istinadən bildirir.  
 
Məlumata görə, terror qruplarından biri ölkənin cənub-şərqindəki Sistan və Belucistan əyalətində fəaliyyət göstərib. Terrorçular ölkənin şərqində ümumi çəkisi 150 kq-dan çox olan 10 bomba partlatmağı planlaşdırıblar.  
 
İkinci terror qrupu Qərbi Azərbaycan əyalətində zərərsizləşdirilib. "Terror aktları törətmək məqsədi ilə ölkə ərazisinə keçən düşmən qruplarının mobil telefon vasitəsilə apardıqları danışıqlar qeydə alınıb. Saxlanılan şəxslərdən çoxlu sayda silah-sursat aşkarlanıb”, deyə məlumatda qeyd olunub.     
 
Xatırladaq ki, noyabrda İraqla həmsərhəd Kirmanşah  əyalətində İŞİD terror qruplaşması ilə əlaqəli qruplaşmanın üzvləri saxlanılıb.
 
Son iki il ərzində İŞİD terror dəstələrinin qonşu İraq ərazisindən ölkəyə keçmək cəhdlərinin qarşısı alınıb.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM