İranda keçirilən prezident seçkilərində o qalib gəldi

11:12 | 19.06.2021
İranda keçirilən prezident seçkilərində o qalib gəldi

İranda keçirilən prezident seçkilərində o qalib gəldi

İranın dövlət başçısı Həsən Ruhani prezident seçkilərində kimin qalib gəldiyinin artıq məlum olduğunu elan edib. 

Ruhani qalib şəxsi təbrik etsə də, onun kimliyini açıqlamayıb.

"Xalqın seçmiş olduğu şəxsi təbrik edirəm. Bu haqda rəsmi məlumat hələ elan olunmadığından, qanunu nəzərə alaraq rəsmi təbrikimi bir qədər təxirə salıram. Kimin kifayət qədər səs topladığı aydındır”, - deyə Ruhani vurğulayıb.

Artıq iki namizəd İran ədliyyəsinin rəhbəri İbrahim Rəisini qələbə münasibətilə təbrik edib. O, seçkilərdə 50 faizdən çox səslə liderdir.

Qeyd edək ki, İranda 7 nəfər prezidentliyə namizədliyini irəli sürsə də, onlardan 3-ü sonradan seçkilərdə iştirakdan imtina edib.

60 yaşlı İbrahim Rəisinin əsas rəqibləri Mohsen Rezai,  Hüseyn Qazizadə Haşemi və Abdulnaser Hemmatidir.

Xatırladaq ki, ölkənin hazırki Prezidenti Həsən Ruhani bu vəzifədə artıq ikinci dönəminin sonuna gəldiyindən seçkilərdə iştirak etmir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM