İranda bir gündə 2 621 nəfər koronavirusa yoluxub, 226 nəfər dünyasını dəyişib.
"Qafqazinfo” xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Səadət Lariyə açıqlama verib. Bununla da ölkədə Covid-19-a yoluxanların sayı 301 min 530 nəfərə çatıb, 16 569 nəfər isə pandemiyanın qurbanı olub.
134 min 349 pasiyentin isə müalicə olunaraq sağaldığı bildirilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !