İranda koronavirusdan 50 nəfər ölüb? - Deputatdan ŞOK İDDİA

14:23 | 24.02.2020
İranda koronavirusdan 50 nəfər ölüb? - Deputatdan ŞOK İDDİA

İranda koronavirusdan 50 nəfər ölüb? - Deputatdan ŞOK İDDİA

İranın Qum şəhərində 50 nəfərin koronovirusdan öldüyü bildirilir.

Bu barədə İLNA (İranlı Fəhlələr Xəbər Agentliyi) Qum şəhərinin millət vəkili Əhməd Əmirabadinin açıqlamasına əsasən məlumat yayıb.

Bildirilir ki, deputat şəhərdə son iki həftə ərzində 50 nəfərin koronavirus səbəbi ilə öldüyünü Milli Məclisdə deyib.O, bunun üçün Səhiyyə Nazirliyini günahlandırıb.

Virusun şəhər ərazisində üç həftə əvvəl yayıldığını bildirən Əmirabadi mövzu ilə əlaqədar açıqlamanın gec yayıldığını vurğulayıb.

"Qumda vəziyyət yaxşı deyil. Virusa yoluxan xəstələri müayinə edən tibb bacılarının xüsusi geyimləri yoxdur. Onlar xəstələrə qorxa-qorxa yaxınlaşırlar. Xəstəliyi aşkarlamaq üçün kifayət qədər vasitə yoxdur. Tibbi maska belə tapılmır”, - deyə o bildirib.

Deputat virusla əlaqədar 250 nəfərin karantinə alındığını deyib.

Xatırladaq ki, İranda koronovirusdan ölənlərin sayının 12-yə, virusa yoluxanların sayının isə 47-yə çatdığı açıqlanıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb