İranda yeni koronavirusdan (2019-nCoV) ölənlərin sayı artır.
NTV-nin xəbərinə görə, daha 10 nəfərin bu virusa yoluxduğu açıqlanıb, bir nəfər isə ölüb.
Bununla, İranda koronavirusdan ölənlərin sayı 6-ya çatıb.
Qeyd edək ki, yeni koronavirus (2019-nCoV) epidemiyası 2019-cu il dekabrın sonunda Çinin mərkəzində yerləşən, 12 milyon əhalisi olan Uhan şəhərində baş qaldırıb. Ümumdünya Səhiyyə Təşkilatı virusu beynəlxalq miqyasda təhlükə elan edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !