İranda öldürülən etirazçıların sayı 400-ü ötüb

09:21 | 19.11.2022
İranda öldürülən etirazçıların sayı 400-ü ötüb

İranda öldürülən etirazçıların sayı 400-ü ötüb

İranda etirazlarda 402 nəfər həlak olub.

Bu barədə Norveç mərkəzli İran İnsan Haqları təşkilatı teleqramda məlumat yayıb.

Ölənlərin 58-i yaşı 18-dən az olan şəxslərdir.

26 şəhrivər (17 sentyabr) tarixindən 16 813 nəfər həbs olunub. Onlardan 2 756 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Eyni zamanda, həbs olunan 524 nəfər tələbədir. Nümayişlərə 140 universitetin tələbəsi qoşulub.

Ölkənin 150 şəhərini əhatə edən aksiyalarda güc strukturlarının 54 nümayəndəsi öldürülüb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM