İranda məktəbli qızların zəhərlənməsi ilə bağlı 100-dən çox adam həbs edilib

20:30 | 12.03.2023
İran hakimiyyəti məktəblərdə zəhərlənmə ittihamı ilə yüzdən çox adamı həbs edib.

Bu barədə İranın İRNA agentliyi məlumat yayıb.

İranın Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılanlardan bəziləri "fəsad ucbatından”, digərləri isə "əhalini və tələbələri dəhşətə gətirmək, məktəbləri bağlamaq və İrana qarşı skeptisizm yaratmaq məqsədilə” zərərsiz, xoşagəlməz iyli maddələrdən istifadə ediblər. Sonuncuların terror təşkilatları ilə əlaqəsi yoxlanılır.

Əsasən qızlardan ibarət hər iki cinsdən olan 1 000-dən çox məktəbli zəhərlənib. Onların bəziləri xəstəxanada müalicə almalı olublar.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb