İranda fəalın həbsxanada öldüyü bildirilir. Kalame müxalifət saytı sentyabrın 13-də bildirib ki, Shahrokh Zamani infarktdan ölüb. Onun "qəfil” öldüyü bildirilir.
Zamani Kərəcdə Rajayishahr həbsxanasında 11 illik cəza çəkirdi. O, 2011-ci ilin iyununda saxlanmışdı. "Milli təhlükəsizliyə qarşı çıxmaq”, "rejimə qarşı təbliğat yaymaq”da ittiham olunmuşdu. O, həmkarlar ittifaqı yaratmaq cəhdlərinə görə bu ittihamlarla üzləşmişdi.
Zamani bir neçə ay təkadamlıq kamerada saxlanıb. Amnesty International ötən ay məlumat yayıb ki, Zamani bir aydan çox aclıq edib, "səhhəti pisləşib”.
Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !