İranda qadınların hüquqları daha da məhdudlaşdırılır - ETİRAZ

19:56 | 11.03.2015
İranda qadınların hüquqları daha da məhdudlaşdırılır - ETİRAZ

İranda qadınların hüquqları daha da məhdudlaşdırılır - ETİRAZ

Beynəlxalq Amnistiya Təşkilatı (BAT) İran qadınlarının "doğum maşın"ına çevrilməyindən narahatlığını ifadə edib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, İran parlamenti ölkədə doğuş sayının artması üçün qanun layihəsi hazırlayıb. Qanun layihəsi doğuşa nəzarət metodlarının təşviq edilməsini qadağan edir. Qanun layihəsinin digər bəndinə görə, uşaqsız qadınların işə götürülməsi, işə düzəlməsi nisbətən çətinləşəcək.
 
Beynəlxalq Amnistiya Təşkilatı bu layihələrin İrandakı qadınların haqlarının on illərlə geri atacağını bildirib.
 
Yaxın tarixə qədər İran rəhbərliyi ölkə əhalisinin sayındakı artımı məhdudlaşdırmağa çalışırdı və doğum nəzarət üsullarına dövlət dəstəyi verirdi.
 
Beynəlxalq Amnistiya Təşkilatı doğuşa nəzarət metodlarının təşviq edilməsinin qadağan olunmasının arzuolunmaz hamiləliklərin artıracağına və qadınları təhlükəli abortlara yönəldəcəyini bildirib.
 
Beynəlxalq Amnistiya Təşkilatının toxunduğu digər bir qanun layihəsi qadınların boşanma tələb etməsini çətinləşdirilməsiylə bağlıdır. Qanun layihəsi işəgötürənlərin evli və uşaqlı qadınlara üstünlük verməsini nəzərdə tutur.
 
ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM