İranda Rəisiyə məxsus helikopterin qəzaya uğramasının səbəbi açıqlanıb

12:50 | 02.09.2024
İranda Rəisiyə məxsus helikopterin qəzaya uğramasının səbəbi açıqlanıb

İranda Rəisiyə məxsus helikopterin qəzaya uğramasının səbəbi açıqlanıb

İranın keçmiş prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğramasına regionun çətin iqlim və atmosfer şəraiti və qəfil sıx dumanın yaranması səbəb olub. Qəzanın səbəblərini araşdıran komissiya belə bir nəticəyə gəlib.

Komissiya qəzaya uğrayan helikopterin texniki, mühəndislik, elektron və naviqasiya xüsusiyyətlərini hərtərəfli araşdırıb və qəzanın digər səbəblərini istisna edərək, helikopterin dağa çırpıldığını müəyyən edib.
 
mayda İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter sərt eniş edib.
 
Bu helikopterdə dövlət başçısı ilə yanaşı Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti və bir neçə başqa sərnişin də olub.
 
İnsident İranın Şərqi Azərbaycan vilayətindəki Varziqan şəhərində baş verib. 
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM