İranda son bir ayda azı 185 nəfər həbs edilib

13:04 | 03.02.2023
İranda son bir ayda azı 185 nəfər həbs edilib

İranda son bir ayda azı 185 nəfər həbs edilib

İranın Zahedan vilayətində son bir ayda azı 185 nəfər həbs edilib. Bunu İranın İnsan haqları qruplarından bildirilib.

İranda "Haalvsh" qrupu məhbuslardan 125-nin şəxsiyyətini müəyyən etdiyini bildirsə də, əlavə edib ki, internetin tez-tez kəsilməsi və təhlükəsizlik orqanlarının ailələri təhdid etməsi səbəbindən məhbusların 185-dən də çox olduğu təxmin edilir.

Əfqanıstan və Pakistanla həmsərhəd olan Sistan və Bəlucistan vilayətlərində insanlar sentyabrın 30-dan, İslam Respublikası təhlükəsizlik qüvvələrinin nümayişləri zorakılıqla dağıdarkən etirazçıları qətlə yetirməsindən bəri hər cümə günü etiraz aksiyaları keçirir.

İranda aksiyanın başlanma səbəbi 2022-ci il sentyabrın 13-də Tehrana gələn Məhsa Əmini qardaşı ilə birlikdə metrodan çıxdığı zaman hicab taxma qaydalarını pozduğuna görə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması olub. Gənc qız polis bölməsində işgəncələrə məruz qalıb. Burnu qırılan Məhsa aldığı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Zorakılığa məruz qalan 22 yaşlı qız sentyabrın 16-da Tehranın Kəsra xəstəxanasında həyatını itirib.
 
İranda Hüquq Müdafiəçiləri təşkilatı (həmçinin HRAI və HRA kimi tanınır) İranda insan haqlarını müdafiə edən vəkillərdən ibarət qeyri-siyasi və qeyri-hökumət təşkilatıdır.
 
HRAI 2006-cı ildə yaradılıb. Qərargahı ABŞ-ın Virciniya ştatının Ferfaks şəhərində yerləşir.

İran mediasının məlumatına görə, 71-i azyaşlı olmaqla, aksiyalar zamanı azı 527 nəfər öldürülüb.
 
Aytac Zeynalova


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM