İranda ötən ilin oktyabrın 10-dan cari ilin oktyabrın 8-dək azı 659 vətəndaş edam olunub, onların 17-si qadın, biri isə uşaqdır. Bu barədə məlumatı Report "ir.voanews” istinadən yazıb.
Bildirilib ki, bu, 12 ay əvvəlki göstərici ilə müqayisədə 24 faiz çoxdur.
Məlumata görə, İran Dini Ekspertlər Şurasının üzvü ayətullah Abbas Əli Süleymaninin qatili də edam edilib.
İran İnsan Haqları Təşkilatının məlumatına görə, təkcə bu il 350-dən çox iranlı edam edilib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36% çoxdur.
İranda aksiyanın başlanma səbəbi 2022-ci il sentyabrın 13-də Tehrana gələn Məhsa Əmini qardaşı ilə birlikdə metrodan çıxdığı zaman hicab taxma qaydalarını pozduğuna görə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması olub. Gənc qız polis bölməsində işgəncələrə məruz qalıb. Burnu qırılan Məhsa aldığı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Zorakılığa məruz qalan 22 yaşlı qız sentyabrın 16-da Tehranın Kəsra xəstəxanasında həyatını itirib.
İranda Hüquq Müdafiəçiləri təşkilatı (həmçinin HRAI və HRA kimi tanınır) İranda insan haqlarını müdafiə edən vəkillərdən ibarət qeyri-siyasi və qeyri-hökumət təşkilatıdır.
HRAI 2006-cı ildə yaradılıb. Qərargahı ABŞ-ın Virciniya ştatının Ferfaks şəhərində yerləşir.
Aytac Zeynalova

www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !