İranda son sutkada koronavirusdan 162 nəfər vəfat etdi

21:01 | 29.06.2020
İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 162 nəfər vəfat edib.

Anews.az-ın məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
 

Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 10 670 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2 536 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 225 205 nəfərə çatıb.
İndiyədək xəstəlikdən 186 180 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 3037 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM

Xəbər lenti