İranda ötən sutka ərzində 193 nəfər koronavirusdan (COVID-19) ölüb.
Modern.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 64 232 nəfərə yüksəlib.
Ölkədə indiyədək 1 702 062 nəfər koronavirusdan sağalıb, 13,5 milyondan çox diaqnoz testi həyata keçirilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !