İranda Xomeyninin ev muzeyləri yandırılıb

20:00 | 18.11.2022
İranda Xomeyninin ev muzeyləri yandırılıb

İranda Xomeyninin ev muzeyləri yandırılıb

İrandakı 1979-cu il fevral inqilabının lideri sayılan ayətullah Ruhullah Musəvi Xomeynin doğulduğu Xomeyn və Qum şəhərlərindəki ev muzeyləri yandırılıb.

Bu barədə "İran İnternational” məlumat yayıb.

Etiraz aksiyalarında Tehran hakimiyyətinin hərbi-polis qüvvələri tərəfindən öldürülənlər nümayişlə yad edilib.

Aksiya iştirakçıları "Diktatora ölüm!”, "Xameneiyə ölüm!" şüarları səsləndiriblər

İranda 2019-cu ilin noyabr ayında ərzaq mallarının qiymətlərinin qalxmasına etiraz yürüşlərində 1500-dən çox aksiya iştirakçısı hərbi-polis qüvvələri tərəfindən qətlə yetirilmişdi. Həmin qurbanların şəkilləri də dünənki yürüşlərdə qaldırılıb.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb