İranda yaşayan azərbaycanlıların Azərbaycan universitetlərində təhsili üçün güzştlər tətbiq edilməlidir. Bunu millət vəkili Qənirə Paşayeva təklif edib.
"İranda yaşayan soydaşlarımız ana dilində təhsil almaq hüququndan məhrumdular. Onlara güzəşt edilməlidir. Onların Azərbaycanda təhsil haqqı xaricilərlə eyni olmamalıdır. Ümumiyyətlə harada yaamasından asılı olmayaraq bütün soydaşlarımızın Azərbaycanda təhsil hüququ Azərbaycan vətəndaşları ilə eyni olmalıdır", millət vəkili Qənirə Paşayeva Milli Məclisin cümə axşamı keçirilən iclasında 2023-cü ilin Dövlət Büdcəsi layihəsinin müzakirəsi zamanı təklif edib.
O, həmçinin bildirib ki, müxtəlif sahələr üzrə dövlət proqramlarının həyata keçirilməsinə nəzarət tətbiq olunmalıdır.
"Bir çox proqramların icrası bitir, amma problem həll olunmur. Bu səbəbdən dövlət proqramlarının icrasına nəzarət gücləndirilməlidir. Mədəniyyətlə bağlı bir çox sahələrdə əmək haqqı artırılmasa onlarda işləyənlərlə bağlı kadr azlığı ilə üzləşə bilərik", - Paşayeva bildirib.
Onun fikrincə, icbari tibbi sığorta onkoloji xəstəliklər, autizm və süni mayalandırma halları üçün də tətbiq edilməli, dərmanların qiymətinin aşağı salınması ilə bağlı mexanizm işlənməli, aliment fondu yaradılmalı, Tovuz və Şəmkirdə Zələmçay su anbarı tikilməli, uşaq yeməyi və bezlərin qiyməti azaldılmalıdır.
Lida Abbaslı
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !