İranda Zakir Həsənovu Səfər Əbiyev kimi təqdim etdilər - FOTO

14:54 | 14.04.2014
İranda Zakir Həsənovu Səfər Əbiyev kimi təqdim etdilər - FOTO

İranda Zakir Həsənovu Səfər Əbiyev kimi təqdim etdilər - FOTO

Azərbaycanın müdafiə naziri Zakir Həsənov İranda rəsmi səfərdədir.ANN.Az-ın ANS PRESS-ə istinadən verdiyi  məlumatına görə, general-mayor Hüseyn Dehqanın dəvətilə bu ölkəyə səfər edən Z.Həsənov Tehranın Mehrabad hava limanında eniş edib.İranın məşhur xəbər agentliklərindən biri olan “Mehrnews” yayımladığı xəbərdə Azərbaycanın hazırkı müdafiə naziri Zakir Həsənovun yerinə eks-nazir Səfər Əbiyevin fotosunu yerləşdirib.İkigünlük səfər zamanı Azərbaycanın müdafiə naziri və İran hakimiyyəti regional, siyasi, müdafiə və təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparacaqlar.Səfər 15 aprel tarixinə qədər davam edəcək.Səfər çərçivəsində ikitərəfli hərbi əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi, regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsinin aparılması, İran İslam Respublikasının rəhbərliyi ilə bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM