İranda zəlzələ oldu

11:47 | 02.01.2014
İranda zəlzələ oldu

İranda zəlzələ oldu

İranın cənubunda 5.5 ballıq zəlzələ baş verib.
Informasiyanı Avropa-Aralıq dənizi seysmoloji mərkəzi yayıb. Zəlzələnin mərkəzi Qeraş şəhərindən 64 kilometr cənub-şərqdə, yerin 10 kilometr dərinliyində qeydə alınıb. 
İran tele-kanalları xəbər verir ki, Hörmuzqan əyalətində 5,5 ballıq zəlzələdən sonra 4,3 bal gücündə daha bir zəlzələ baş verib. 
Son məlumatlara görə, zəlzələ nəticəsində 1 nəfər ölüb, 12 nəfər yaralanıb. Hörmuzqan əyalətinin Bəstək şəhərində evlərə ziyan dəyib.
ANSPRESS
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti