İranda zəlzələdə həlak olanlar arasında Azərbaycan vətəndaşı olub?

14:04 | 13.11.2017
İranda zəlzələdə həlak olanlar arasında Azərbaycan vətəndaşı olub?

İranda zəlzələdə həlak olanlar arasında Azərbaycan vətəndaşı olub?

İranın İraqla sərhədində baş vermiş zəlzələ nəticəsində həlak olanlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Bunu Trend-ə Azərbaycanın İrandakı səfirliyindən bildiriblər.

Qeyd edək ki, ötən gün axşam saatlarında İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 328 nəfərə çatıb.

Trend-in məlumatına görə, təbii fəlakət nəticəsində təqribən 2500 nəfər xəsarət alıb. 70 min iranlı evsiz qalıb.

Son məlumata görə, İraqın şimalında isə təbii fəlakət nəticəsində 6 nəfər ölüb, 200-dən çox yaralı var.

Xatırladaq ki, zəlzələ 7,4 bal gücündə qeydə alınıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti