Bu gün İranda film çəkilişi zamanı baş verən partlayış nəticəsində ölən 5 nəfərdən 3-ü azərbaycanlıdır. ANS-in hadisə yerində olan İran bürosunun məlumatına görə, hadisə Tehranla Qum şəhərləri arasında yerləşən kino şəhərciyidə qeydə alınıb. İran filmlərinin bir çoxu məhz burda çəkilir. Partlayış kinorejissor Məsud Dehnəməkinin “Mehraca yüksələnlər” filminin çəkilişi zamanı qeydə alınıb. “Film İran-İraq müharibəsi motivi əsasında hazırlanıb. Filminin çəkilişi zamanı baş verən güclü partlayışda 5 nəfər həlak olub, 2 nəfər ağır yaralanıb. Ölənlər kino şəhərciyinin rəhbəri Əli Əkbər Rəncbər, səhnə tərtibatçısı Cavad Şərifirad, çəkiliş rəhbərinin köməkçisi Rza Fərəci, səhnə tərtibatı rəhbərinin köməkçisi Murtuza Mövlayi və gözətçi Cəmşid Ehsanidir. Səhnə tərtibatçıları Həmid Şəhiri və Mehdi Muradi isə ağır yaralanıblar. İndi onlar xəstəxanada olsalar da vəziyyətləri olduqca ağırdır”. Ölənlərdən 3-nün azərbaycanlı olduğu bildirilir. Hadisəyə partlayıcı maddələrlə ehtiyatsız davranış səbəb olub. İran bürosunun məlumatına görə, beynəlxalq təşkilatlar tərfindən İrana tətbiq olunan embarqolar İran kinosuna da ağır təsir edib. Çünki İrana hərbi kino sahəsində istifadə olunan qondarma partlayıcı maddə idxal etməyə icazə verilmir və nəticədə rejissorlar filmlərdə həqiqi partlayıcı maddələrdən istifadə etmək məcburiyyətində qalırlar. Nəticə isə göz qabağındadır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !